GAC Yue 7 hibrid SUV Çin bazarına çıxır: dörd komplektasiya təqdim olunub
GAC konserni yeni hibrid yolsuzluq avtomobili Yue 7 üçün Çində sifarişlərin qəbuluna başlayıb. Model dörd komplektasiyada təqdim olunur və ən üst versiya pnevmatik asqı və təkmilləşdirilmiş sürücüyə yardım sistemləri ilə təchiz edilib.
Trumpchi Yue 7-nin ilk təqdimatı yaz aylarında Pekin avtosalonunda keçirilib. Qeyd edək ki, Trumpchi adı yalnız Çin bazarında istifadə olunur. Avtomobilin qeyri-adi interyeri isə avqustun əvvəlində nümayiş etdirilib.


