AqroStar taxıl istehsalçılarına müraciət edib

AqroStar taxıl istehsalçılarına müraciət edib

AqroStar şirkəti taxıl istehsalçılarına məhsulun tez və itkisiz yığılması üçün görüləcək tədbirlər haqqında məlumat açıqlayıb.

Məhsul yığımı və saxlanmasını düzgün təşkil etmədikdə onun itkisinə və keyfiyyətinə təsir edən əsas mərhələlərdən biridir.

Bunun  üçün qeyd edilən tədbirləri həyata keçirmək vacibdir.

1. Böyük təsərrüfatlarda maşın-traktor parkını tam olaraq işçi vəziyyətə gətirmək;
2. İstifadə olunacaq texnikaların daima işlək vəziyyətini təmin etmək məqsədilə tez sıradan çıxan hissələrin ehtiyatını yaratmaq;
3. Xırman və anbarları tam təmizlənərək dezinfeksiya və dezinseksiya etmək;
4. Təhlükəsizlik tədbiri olaraq sahələrin kənarlarını şumlamaq;
5. Suvarılan bölgələrdə taxılın daşınması və konbaynın hərəkəti üçün müvəqqəti suvarma arxlarını doldurmaq;
6. Toxumçuluq sahələrində növ və sort təmizləyinə nəzarət etməklə aprobasiyanı təmin etmək;
7. Biçin zamanı sünbülün normal döyülməsini təmin etmək və dənin qırılmasını minimuma endirmək məqsədi ilə kombaynların  sahədə nizamlanmasını  təşkil etmək. Gün ərzində bir neçə dəfə konbayının bunkerindəki dənin təmizliyinə qırılmasına baxmaq. Biçilmiş sahədə dənin kövşənə çox tökülməsinə və küləşin içində döyülməmiş sünbüllərin qalmasına baxmaq lazım gələrsə kombayını yenidən nizamlamaq. Kombayın bir sortdan digərinə bir masivdən başqasına keçərsə kombayın mütləq nizamlanmalıdır
8. Təhlükəsizlik baxımından biçin zamanı sahədə kotan qoşulmuş traktorun olmasını təmin etmək vacibdir.
9. Məhsulun biçildikdən sonra xırmana daşınmalı və qurudulmalıdır.Əgər toplanmış məhsulda yaşıl dənlər və ya yaşıl ot hissələri olarsa bu zaman dəni bir neçə dəfə çevirməklə qurutmaq lazımdır kı məhsul qızışmasın bu hal məhsulun itkisinə və keyfiyyətinə əsas təsir edən amillərdəndir.;
10.Tam təmizlənmiş və qurudulmuş məhsul anbarlara yığilmalı və ya tədarük məntəqələrinə təhvil verilməlidir. ; 
11. Həm sahədə həm də xırmanda ilk tibbi yardım üçün lazım olan ləvazimatlar olan tibbi çanta olmasını təmin etmək.