Bu bankın balansındakı əmlaklar hərraca çıxarılır

Bu bankın balansındakı əmlaklar hərraca çıxarılır

İyulun 25-də “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Bank of Azerbaijan” ASC-nin balansındakı daşınmaz əmlaklar 1 lot üzrə açıq hərraca çıxarılacaq.

Fonddan bildirilib ki, hərraca çıxarılan daşınmaz əmlaklar bunlardır - Hacıqabul rayonu, Ələtli kəndində yerləşən, ilkin satış qiyməti 20 min manat olan 8,31 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Hacıqabul rayonu, Ələtli kəndində yerləşən, ilkin satış qiyməti 30 min manat olan 12,3624 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.

Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27. (AVİS aptekin arxası). Tel: 055-206-66-67.