Respublika Klinik Xəstəxanasında daha bir uğurlu əməliyyat aparılıb

Respublika Klinik Xəstəxanasında daha bir uğurlu əməliyyat aparılıb

Pasiyent Arzuman Dadaşov ayağında sınıq şikayətilə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Travmatologiya şöbəsinə müraciət edib.
Bu barədə BusinessTime-a xəstəxanadan məlumat verilib.

Pasiyent həkim-cərrah İlqar İsmayılov tərəfindən laborator, diaqnostik müayinələrdən keçirilib və xəstəyə sağ baldır sümüklərinin qapalı yerini dəyişmiş qəlpəli sınığı diaqnozu qoyulub. Xəstə 19.02.2024-cü il tarixində həkim-cərrahlar İlqar İsmayılov və Ziya Şəmmədli tərəfindən metal lövhə ilə ostesintez cərrahi əməliyyatı olunub. 2 saat davam edən əməliyyat uğurla başa çatıb. Hazırda xəstənin vəziyyəti stabildir.

Pasiyentin ailəsi oğullarına göstərilən diqqət və qayğıya görə xəstəxananın rəhbərliyinə, Travmatologiya şöbəsinin müdiri, həkim-travmatoloq Eldar Əsədli, həkim-cərrahlar İlqar İsmayılov, Ziya Şəmmədli və xəstəxananın əməkdaşlarına təşəkkürünü bildirib.