Həkimlərimiz daha bir uğurlu əməliyyat həyata keçirdi

Həkimlərimiz daha bir uğurlu əməliyyat həyata keçirdi

14 yaşlı pasiyent (qadın cinsli) 3 gündür olan qəbizlik, iştahasızlıq, yaşıl rəngdə qusma, qarında ağrılar şikayətilə Akademik M.Ə.Mirqasımov adına Respublika Uşaq Klinik Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib.

Bu barədə BusinessTime-a Xəstəxanadan məlumat verilib.

Pasiyent uzman həkim, uşaq cərrahı Anar Cəfərov tərəfindən laborator, diaqnostik müayinələrdən keçirilib və xəstəyə bağırsaq keçməzliyi diaqnozu qoyulub. Uzman həkim tərəfindən xəstə üzərində cərrahi əməliyyat həyata keçirilib. 2 saat davam edən əməliyyat uğurla başa çatıb. Hazırda xəstənin vəziyyəti stabildir.

Pasiyentin ailəsi tibb müəssisəsinin rəhbərliyinə, əməkdaşlarına təşəkkürünü bildirib.