İcbari Sığorta Bürosunun icraçı direktoru işdən çıxıb
![İcbari Sığorta Bürosunun icraçı direktoru işdən çıxıb](https://olke.az/photo/770x415/2024/07/02/1719910274_2021-10-07-15-53-03fbaosmsnzjkysfvenmg7_file.jpg)
İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov işdən çıxıb.
O, "Azərbaycan Sənaye Sığorta" ASC-nin Direktorlar Şurasının sədri vəzifəsinə təyinat alıb. İndiyə qədər bu vəzifəni Rafiq Şahverdiyev icra edirdi.
İSB-nin rəhbərliyinə isə hələ ki, təyinat olmayıb.
Report