6 milyondan çox zərərli tərkibli email bloklanıb

6 milyondan çox zərərli tərkibli email bloklanıb

Azərbaycanda dövlət qurumlarının istifadəsinə verilən yeni elektron poçt sisteminə 92 domenlə 88 dövlət qurumu miqrasiya edilib. Digər dövlət qurumlarının miqrasiya prosesi davam etdirilir.

Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov “Dövlət Qurumlarının IT rəhbərlərinin IV Zirvə Toplantısı”nda çıxışı zamanı bildirib.

“AzStateNet” şəbəkəsi üzrə ötən ay dövlət qurumlarının saytlarına olan 12 834 zərərli keçid, mərkəzləşdirilmiş antivirus sistemi ilə 3702, “Sandboxing” vasitəsilə 39 894 zərərli keçid bloklanıb. Statistika demək olar ki, dəyişmir. Hər on meyildən biri məqsədyönlü kiberhücumun bir hissəsi olaraq qeydiyyata alınır. Tərəfimizdən dövlət qulluqçularını hədəf alan “email”lərin 10 faizi zərərverici tərkibli olduğu müəyyən edilir və bloklanır”, - deyə T.Məmmədov bildirib.

Ümumilikdə, XRİTDX tərəfindən birinci rüb ərzində 6 milyon 797 min 716 zərərli tərkibli email bloklanıb.