AzTU-da vakansiya var!

AzTU-da vakansiya var!

Azərbaycan Texniki Universitetinin (AzTU) Daxili audit şöbəsinə kargüzar vəzifəsinə vakansiya elan edilir.

Tələblər:

• Təhsil səviyyəsi: Ali;

• İş təcrübəsi: Müvafiq sahədə 1-3 il;

• Dil bilikləri: Rus və ya ingilis dilini bilənlərə üstünlük verilir;

• Fikrini aydın izah etmək, işə planlı yanaşmaq, detallara diqqət yetirmək, məsuliyyətli və fəal olmaq;

• Kompüter bilikləri: MS Office (excel yaxşı səviyyədə);

• Tələb olunan fərdi və funksional keyfiyyət meyarları;

• Dəqiqlik;

• Nəticəyönümlülük. 

Əmək funksiyaları:
• Strukturun icraatlarına uyğun sənədləşmələrin aparılması;
• Sənədlərin sistemə işlənilməsi və müraciətlərin zamanında cavablandırılması;
• Sənədlərin aidiyyəti strukturlardan təhvil alınması;
• Gələn sənədləri qeydiyyata alıb aidiyyəti üzrə icraya təqdim etmək;
• Daxili sənəd dövriyyəsini təmin etmək;
• Sorğuların təqibinin aparılması və hesabatın verilməsi;
• Görülən işlərlə bağlı hesabatların hazırlanması;
• Sənədləri iş qovluğuna yerləşdirərkən onların tam şəkildə olmasını və düzgün tərtib edilməsini təmin etmək;
• Sənədlərin göndərilməsini təşkil etmək və icra müddətinə nəzarət etmək;
• Digər kargüzarlıq işləri.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 20.07.2024-cü il saat 18:00