Faiq Xudayev YAP-ın namizədi oldu
Xəbər verdiyimiz kimi iyulun 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
BusinessTime.az xəbər verir ki, Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktoru Faiq Xudayevin 49 saylı Abşeron ikinci dairəsindən deputatlığa namizədliyi irəli sürülüb.
Qeyd edək ki, Xudayev Faiq Allahverdi oğlu 1974-cü il, Ermənistan Əzizbəyov rayonu Gomur kəndində anadan olub
1996-cı ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin kənd təsərrüfatı fakültəsinin “Aqranomluq” ixtisası üzrə əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1997-2002-ci illərdə “Bərəkət” firmasında baş direktor vəzifəsində işləməklə başlayıb. 2005-2008-ci illərdə ET Əkinçilik institutunda “Seleksiya və toxumçuluq” ixtisası üzrə aspiranturada təhsil alıb. 2007-2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisində deputat köməkçisi vəzifəsində, 2008-2010-cu illərdə ET Əkinçilik institutunun “Bitki seleksiyası” şöbəsində kiçik elmi işçi, 2010-2013-cü illərdə isə elmi işçi vəzifələrində çalışıb.
2014-cü ildən Aqrar Elm və İnnovasiya Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının sədri seçilib.
17 iyul 2023-cü il tarixindən Qərbi Azərbaycan İcmasının Qərbi Azərbaycanın rayon və kəndləri üzrə rayon və kənd icmalarının yaradılması və rayon icmalarına sədr təyinatı haqqında Bakı şəhəri 38 nömrəli 14 iyul 2023-cü il tarixli əmrə əsasən 5 il müddətinə ictimai əsaslarla Qərbi Azərbaycan İcmasının Qərbi Azərbaycanın Paşalı rayon icmasının sədri təyin edilib.