“AFB Bank”ın mənfəəti 9 dəfə azalıb

“AFB Bank”ın mənfəəti 9 dəfə azalıb

“AFB Bank” ASC 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb və hesabatdan da görünür ki, bankın mənfəəti azalıb.

Bu barədə "BusinessTime" Yeniavaz.com-a istinadən xəbər verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk yarısında “AFB Bank”ın xalis mənfəəti 8,7 dəfə azalaraq 5 milyon 495 min mantadan 634 min manata düşüb.
Onu da qeyd edək ki, “AFB Bank” bu ilin ilk rübünü 458 min manat zərərlə başa vurub.
Məlumat üçün bildirək ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb. Bankın əsas səhmdarı fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinin rəhbərlik etdiyi “Gilan Holdinq” olub. Daha sonra bankın səhmlərinin 99,64 %-i Hikmət Əbuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik səhmdarı, “Bank of Baku” ASC-nin 31,11 %-lik səhmdarı) satılıb.
Bu ilin aprel ayında Hacıyev Toğrul Ülvi oğlu bankın 0,18%-lik payını Əkbər Abdullayevdən satın alıb. “AFB Bank”ın üçüncü səhmdarı isə 0,18%-lik pay ilə Cəmil Muradovdur.