Qarabağ Universitetinin 3 fakültəsinə vakansiyalar elan edilib

Qarabağ Universitetinin 3 fakültəsinə vakansiyalar elan edilib

Qarabağ Universitetində Mühəndislik, İqtisadiyyat və Turizm fakültələrinə dekan vəzifələri üzrə vakansiyalar elan edilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (sahəsi üzrə) fakültə dekanı” yazmaqla [email protected] ünvanına göndərə bilərlər.

Vakansiyalar üzrə iyunun 15-dək müraciət etmək olar. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər.