“Qarabağ”ın yay hazırlıq planı açıqlanıb

“Qarabağ”ın yay hazırlıq planı açıqlanıb

Yeni mövsümdə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” komandasının mövsümlərarası fasilə dövründəki hazırlıq planı müəyyənləşib.

Klubdan verilən məlumata görə, Bakıda başlayacaq məşqlərə iyunun 18-də start veriləcək. Milli üzvləri olan futbolçular hazırlığa ayın 23-də qoşulacaqlar.

Paytaxtdakı toplanış çərçivəsində iki yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu görüşlərin iyunun 29-da və iyulun 2-də təşkil olunması nəzərdə tutulub.

Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Ağdam təmsilçisi iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşq toplanışı keçirəcək. Toplanış çərçivəsində iki oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Bu matçlardan ikisi iyulun 9-da, ikisi 16-da baş tutacaq.