“Araz Supermarket”in rəhbərinin şikayətinə bu tarixdə baxılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin “Araz Supermarket” MMC-nin İcraçı direktoru və İdarə Heyətinin sədri Rəşad İbrahimov barəsində tərtib etdiyi inzibati protokoldan verilən şikayətə baxılacaq tarix açıqlanıb.

"BusinessTime"ın Pravda.az-a istinadən verdiyi xəbərə görə, sənədə Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin sədrliyi ilə iyulun 17-də baxılacaq.

Qeyd: Əmək Müfəttişliyi Xidməti protokolu İnzibati Xətalar Məcəlləsinin 555.1-ci (İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib. R.İbrahimov isə protokoldan Nəsimi Rayon Məhkəməsinə şikayət edib.