"İrşad Elektroniks" bələdiyyə sədrini məhkəməyə verdi

"İrşad Elektroniks" bələdiyyə sədrini məhkəməyə verdi

Azərbaycanda elektronika və məişət texnikası satışını həyata keçirən "İrşad Elektronics" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə üz tutub. 

BusinessTime” xəbər verir ki, Şirkət bu dəfə Quba sakini Əmiraslanov Rəşad Ayaz oğlundan şikayətçi olub. 

R.Əmiraslanov barəsində “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr”lə bağlı iddia qaldırıb. 

İş Quba Rayon Məhkəməsinin hakimi Vüqar Seyidovun icraatındadır və iclas iyulun 25-nə təyin edilib.

Xatırladaq ki, “İrşad Elektronics”in məhkəməyə verdiyi Rəşad Əmiraslanov Quba rayonu Zərdabi qəsəbə bələdiyyəsinin sədridir.