Rahid Ələkbərli Kəngərli rayonunda vətəndaşları qəbul edəcək

Rahid Ələkbərli Kəngərli rayonunda vətəndaşları qəbul edəcək

Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli iyuluin 25-i saat 10:00-da Kəngərli rayonunda vətəndaşları qəbul edəcək.

"BusinessTime" xəbər verir ki, nazir nəqliyyat, telekommunikasiya, internet və poçt xidmətləri sahələrində sakinləri maraqlandıran məsələlərlə bağlı vətəndaşların müraciətlərini qəbul edəcək.

Qəbula yazılmaq üçün Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (036) 550-99-02 və ya (010) 230-71-65 nömrəli telefonları vasitəsi ilə qeydiyyatdan keçmək olar.