“Bakcell” və “Nar” parkinqlə bağlı komissiya tutmağa başladı

“Bakcell” və “Nar” mobil operatorları tərəfindən “Azparking” xidmətinə görə giriş-çıxışda göndərdikləri hər SMS-ə görə sürücülərin balansından 0.10 AZN xidmət haqqı çıxılmasına başlanıb.

"BusinessTime"a müraciət edən vətəndaşlar bildirir ki, bu vaxta qədər pulsuz olan həmin SMS xidməti onlara xəbərdarlıq edilmədən ödənişli olub.

Lakin ölkədə olan üçüncü mobil operator, “Azercel" hələlik bu xidmət üçün heç bir komissiya tətbiq etmir.

Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) bildirilib ki, bu “Bakcell” və “Nar” mobil operatorları tərəfindən tutulan komissiya haqqıdır və parklanmaya görə ödəniş deyil.

Qeyd edək ki, abunəçilər iddia edir ki, “Bakcell” və “Nar” mobil operatorları tərəfindən qiymət artımı ilə bağlı onlara heç bir xəbərdarlıq edilməyib. Buun da öz növbəsində abunəçilər arasında ciddi narazılıq yaratdığı bildirilib.