Yeni nəsil hidrogenli "BMW iX5 Hydrogen" krossoveri sınaqlar zamanı görüntülənib
"BMW" şirkəti "G65" kod indeksli yeni nəsil "X5" krossoverinin hidrogen yanacaq elementləri (FCEV) ilə çalışan "iX5 Hydrogen" versiyasının sınaqlarını davam etdirir. Əvvəlki "G05" nəslində cəmi 100 ədədlik pilot sınaq partiyası ilə məhdudlaşan layihədən fərqli olaraq, yeni model 2028-ci ildən etibarən seriyalı şəkildə satışa çıxarılacaq.
Müasir "CLAR" platformasında inşa edilən və daxili yanma (benzin, dizel), plug-in hibrid (PHEV) və tam elektrikli (iX5) güc aqreqatları ilə yanaşı təklif olunacaq "iX5 Hydrogen", "Toyota" ilə birgə hazırlanmış 6-cı nəsil hidrogen qurğusu ilə təchiz edilib.
Avtomobil 0–100 km/saat sürətlənməni 5 saniyədən az müddətə yerinə yetirir, tam hidrogen dolumu isə 3–4 dəfəyə həyata keçirilməklə "WLTP" sikli üzrə 750 km-dək gediş məsafəsi təmin edir.


