Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi üzrə ictimai dinləmə keçiriləcək

Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi üzrə ictimai dinləmə keçiriləcək

“Bakı Metropoliteni” QSC Azərbaycan Respublikasının “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanununa və qüvvədə olan digər normativ-hüquqi aktlara uyğun olaraq, müvafiq beynəlxalq qurumların tələblərinə əsasən, Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi çərçivəsində hazırlanmış Ətraf Mühitə və Sosial Təsirin Qiymətləndirilməsi (ƏMSQ) sənədinin ictimaiyyətə təqdim olunması və müzakirəsi məqsədilə ictimai dinləmə keçirir.

"BusinessTime" xəbər verir ki, ictimai dinləmə çərçivəsində layihənin potensial təsirləri barədə ictimaiyyətə ümumi məlumatın verilməsi, "Ətraf Mühit və Sosial İdarəetmə və Təsirlərin Azaldılması Planı"na dair təqdimatın keçirilməsi, habelə görüş iştirakçıları ilə müzakirələrin aparılması nəzərdə tutulur.
Layihə haqqında qısa məlumat:
Layihə Bakı şəhərində metro infrastrukturunun genişləndirilməsini, yeni stansiyaların və tunellərin tikintisini, mövcud xətlərin modernizasiyasını və sərnişindaşıma imkanlarının artırılmasını nəzərdə tutur. Layihənin əsas məqsədi nəqliyyat axınının optimallaşdırılması, şəhər mobilliyinin yaxşılaşdırılması və ekoloji təsirlərin azaldılmasıdır.
İctimai dinləmənin vaxtı və yeri:
Tarix: 09 aprel  2026-ci il
Saat: 11:00
Ünvan: Yasamal rayonu Bələdiyyəsi, Bakı şəhəri, A.M.Şərifzadə küç, 108-110

Tarix: 10 aprel  2026-ci il Saat: 11:00
Ünvan: Nəsimi rayonu Bələdiyyəsi, Bakı şəhəri, Səməd Vurğun küç. 112

İctimaiyyətin iştirakı:
Maraqlı tərəflər, yerli sakinlər, qeyri-hökumət təşkilatları və digər aidiyyəti şəxslər ictimai dinləmədə iştirak edə, layihə üzrə rəy və təkliflərini bildirə bilərlər.
Əlaqələndirici şəxs: Aytən Poladova (e-poçt: [email protected], Tel.: +994 50 210 31 43).