“Pizza Mizza” MMC-yə Növbə rəhbəri tələb olunur - VAKANSİYA

“Pizza Mizza” MMC-yə Növbə rəhbəri tələb olunur
Pizza Mizza MMC ailəsi olaraq, restoranlarımızın gündəlik əməliyyatlarını idarə edəcək, işçi heyətinin təlim və inkişafını təmin edəcək və müştəri məmnuniyyətini artıracaq Növbə Rəhbəri axtarır. Bu vəzifə restoranın işini səmərəli təşkil etmək, şirkətin satış hədəflərinə çatmaq və mükəmməl müştəri xidməti göstərmək üçün vacib rol oynayır.
Növbə Rəhbəri, həmçinin işçi heyətinin təlim və inkişafını təmin edəcək və onların səmərəli işləməsini təmin edəcəkdir.
Vəzifələr:
Restoranın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək.
Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirməsinə nəzarət etmək.
Restoranda sənədləşmə işlərinin aparılması, hesabat sənədlərinin tərtibi və göndərilməsini təmin etmək.
Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək.
Məhsulların müəyyən olunmuş standartlar və qaydalar əsasında hazırlanmasını təmin etmək.
Əsas vəsaitlərə və az qiymətli istehlak materiallarına nəzarət etmək.
Restoranın müvafiq iş rejimi əsasında vaxtında açılmasını və bağlanmasını təmin etmək.
Restoranda xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək və müvafiq tədbirlər görmək.
Sifarişlərin müştərilərə göndərilməsinin və hazırlanmasının düzgünlüyünə nəzarət etmək.
Restoranın satış planının icrasını təmin etmək.
Müştəri məmnuniyyəti üçün çalışmaq.
Sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək.
SOP və daxili prosedurların yerinə yetirilməsinə nəzarət etmək.
Lazım gəldikdə, müxtəlif vəzifələrdə komanda üzvlərinə kömək etmək.
Restoranın təmizliyinə və səliqəli saxlanılmasına cavabdeh olmaq.
Filialın texniki və təmirat ehtiyaclarını idarə etmək.
Texniki xidmət və təmir işlərinin vaxtında və effektiv şəkildə yerinə yetirilməsini təmin etmək.
İşçi heyətinin təlim və inkişafını təmin etmək.
Tələblər:

Müvafiq sahədə (supervayzer, menecer, novbe meneceri kimi) 1 il təcrübə
Dil bilikləri: mütləq səlis azərbaycan dili, ingilis ve ya rus dili arzuolunandır
Yaş 20-35
Komandada işləmək bacarığı
Punktual, məsuliyyətli, stressə davamalı, detallara diqqətli, səlis nitqli
Güclü liderlik və idarəetmə bacarıqları
Yüksək səviyyədə ünsiyyət və interpersonal bacarıqlara malik olmalı
Analitik düşüncə və problem həll etmə qabiliyyəti olmalı
İdarəetmə və problem həll etmə bacarığı olmalı

İş şəraiti:
Gənc və dinamik komandada işləmək imkanı
Karyera inkişafı
Sürətlə inkişaf edən şirkətin komanda üzvü olmaq imkanı
6 günlük iş rejimi
Nahar şirkət tərəfindən təqdim edilir
Əmək haqqı 850-1100 manat
Müxtəlif qrafiklə iş
Müxtəlif filiallarda iş
Əlavə iş saatı ödənilməsi

Maraqlananlar şəkilli CV-lərini “Növbə rəhbəri” başlığı altında [email protected] elektron ünvanına göndərə bilərlər.