“Azərişığ”ın xalis mənfəəti 46% azalaraq 8 milyona düşüb
"Azərişıq" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
BusinessTime xəbər verir ki, şirkət ötən il 8,4 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 46,2% azdır.
Bu ilin “Azərişığ”ın aktivləri ötən ilin əvvəlinə nisbətən 6,6% çox - 3 860,8 milyon manat təşkil edib.
Səhmdar cəmiyyətinin öhdəlikləri 884,5 milyon manat (5,1% çox), balans kapitalı isə 2 976,3 milyon manat (7,1% çox), o cümlədən nizamnamə kapitalı 1 678,7 milyon manat (dəyişməyib) olub. (Yurd media)


