Azərbaycanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar açıqlanıb

Azərbaycanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar açıqlanıb

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda işsizlikdən sığorta haqları üzrə 161,8 milyon manata yaxın vəsait daxil olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar proqnoz göstəricisini 7,5 milyon manat üstələyib.

Qeyri-büdcə təşkilatları üzrə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 125,3 milyon manatdan çox təşkil edib.

Beləliklə, 2026-cı ilin ilk 8 ayında işsizlikdən sığorta haqları üzrə dövlət büdcəsinə 161,8 milyon manata yaxın vəsait daxil olub.