Bakıda “Yaşıl Kart” Sistemi üzrə regional iclas keçirilib

Bakıda “Yaşıl Kart” Sistemi üzrə regional iclas keçirilib

Bakıda Yaşıl Kart Sistemi çərçivəsində 27-ci Cənub-Şərqi Avropa Qrupunun (SEEG) regional iclası keçirilib.

İcbari Sığorta Bürosunun evsahibliyi ilə baş tutan iclasda Cənub-Şərqi Avropa regionunu təmsil edən üzv Büroların və Bürolar Şurasının nümayəndələri bir araya gəlib.

İclas çərçivəsində üzv Büroların fəaliyyət prosesində qarşılaşdıqları maneələr və aktual məsələlər təqdim olunub, onların aradan qaldırılması imkanları, mümkün yanaşmalar və görülə biləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Regional iclaslar üzv Bürolar üçün qarşılaşdıqları məsələləri ortaq müzakirə müstəvisinə çıxarmaq və onların həlli istiqamətində birgə yanaşmalar formalaşdırmaq baxımından mühüm platforma rolunu oyna#baku 
Azərbaycan Cənub-Şərqi Avropa Qrupunun üzvüdür və İcbari Sığorta Bürosu ölkəmizi Beynəlxalq Yaşıl Kart Sistemində təmsil edir.