Nazirlər Hidayət Heydərovun qələbəsinə belə sevindi - VİDEO
Gənclər və idman naziri Fərid Qayıbov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Hidayət Heydərovun Olimpiya çempionu olmasından sonra sevinc anları maraqlı görüntülərə səbəb olub.
“BusienssTime” xəbər verir ki, Parisdə idmançımızın final görüşünü izləyən rəsmilər çempionluqdan sonra qucaqlaşaraq bir-birilərini təbrik ediblər.
Nazirlər, həmçinin uğurda payı olan Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədlini də qələbə münasibətilə təbrik ediblər.
Həmin görüntüləri təqdim edirik: