Bərpa Olunan Enerji Məslələri Dövlət Agentliyinin rəhbərliyi “Masdar” şirkətinin nümayəndə heyəti ilə görüşüb
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Məslələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev ilə BƏƏ-nin “Masdar” şirkətinin Baş əməliyyat direktoru Abdulaziz Alobaidlinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Bu barədə "BusinessTime"a Agentlikdən məlumat verilib.
Görüşdə “Masdar” şirkəti tərəfindən icra olunacaq, ümumi gücü 1000 MVt olan “yaşıl enerji” layihlərinin (Biləsuvar rayonunda 445 MVt, Neftçala rayonunun Bankə qəsəbəsində 315 MVt gücündə günəş elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək elektrik stansiyası) icrası ilə bağlı müzakirələr aparılıb.
Həmçinin görüş zamanı gələcək perspektivdə enerji saxlanc sistemlərinin qurulmasına dair fikir mübadiləsi aparılıb.