Mercedes-Benz GLE ilk dəfə Çin bazarı üçün uzadılmış versiyada təqdim olunacaq
Mercedes-Benz GLE modelinin ilk dəfə Çin bazarı üçün hazırlanmış uzadılmış versiyası – GLE L təqdim olunacaq. Yeni krossoverin təkər bazası 120 millimetr uzadılıb.
Mercedes-Benz GLE L modelinin istehsalı Pekində yerləşən Beijing Benz birgə müəssisəsinin zavodunda təşkil ediləcək.
Yeni modelin premyerasının artıq bu ay Çenqdu şəhərində keçiriləcək avtomobil sərgisində baş tutacağı gözlənilir.


