"OpenAI" "Atlas" layihəsini dayandırdı

"OpenAI" "Atlas" layihəsini dayandırdı

"OpenAI" təxminən doqquz ay əvvəl istifadəyə verdiyi süni intellekt əsaslı "ChatGPT Atlas" brauzerini mərhələli şəkildə istifadədən çıxaracağını açıqlayıb.

Valyuta.az xəbər verir ki, şirkət ayrıca brauzer inkişaf etdirmək əvəzinə, "Atlas"ın əsas funksiyalarını "ChatGPT"nin masaüstü tətbiqinə və "Google Chrome" genişləndirilməsinə inteqrasiya edəcək.

"Atlas" veb səhifələri xülasə etmək, məzmunu təhlil etmək və istifadəçi adından bəzi tapşırıqları yerinə yetirmək kimi imkanları ilə seçilirdi. "OpenAI" hesab edir ki, bu funksiyaların birbaşa "ChatGPT"də təqdim olunması istifadəçi təcrübəsini daha rahat edəcək.

Şirkət bildirib ki, bu addım brauzer bazarından geri çəkilmək anlamına gəlmir. "OpenAI" süni intellekt əsaslı internet təcrübəsini bundan sonra "ChatGPT" mərkəzli şəkildə inkişaf etdirməyi planlaşdırır.