COP29 çərçivəsində “Avrasiya Təmiz Enerji Biznes Forum”u keçirilib
COP29 çərçivəsində ABŞ Ticarət Palatasının təşkilatçılığı ilə “Avrasiya Təmiz Enerji Biznes Forum”u keçirilib.
"BusinessTime" xəbər verir ki, Energetika Nazirliyi yanında Bərpa Olunan Eneji Mənbələri Dövlət Agentliyinin şöbə müdiri Fəqan Abdurəhmanov forumun “Şəbəkələrin modernləşdirilməsi və bərpa olunan enerji inteqrasiyasının təmin edilməsi üzrə siyasətlər və ən yaxşı təcrübələr” adlı panel sessiyasında iştirak edib.
Fəqan Abdurəhmanov panel sessiyasında Azərbaycanda bərpa olunan enerji mənbələri, həyata keçirilən yaşıl enerji layihələri, nəzərdə tutulan enerji saxlanc həlləri ilə bağlı forum iştirakçılarına ətraflı məlumat verib.