Azərbaycan neftinin qiyməti kəskin artdı - 120 dollar oldu

Azərbaycan neftinin qiyməti kəskin artdı

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 6 dollardan çox artıb.

BusinessTime xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,22 ABŞ dolları və ya 5,49 % artaraq 119,54 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.