"Suzuki Baleno" heçbeki yeniləndi: yeni mühərrik və müasir təhlükəsizlik sistemləri
Yaponiyanın "Suzuki" şirkəti populyar "Baleno" heçbek modelinin növbəti yenilənmiş versiyasını təqdim edib. Restaylinq çərçivəsində avtomobilin ön hissəsinin dizaynı (bamper və radator barmaqlığı) yenilənib, interyerdə operatesiyalar təkmilləşdirilib. Modelin ən yüksək komplektasiyasında II səviyyəli müasir ADAS aktiv təhlükəsizlik və sürücüyə kömək sistemləri kompleksi yer alıb.
Əsas texniki dəyişiklik isə güc aqreqatında baş verib: avtomobil əvvəlki 4 silindrli atmosfer mühərrikini daha qənaətcil 1.2 litrlik 3 silindrli yeni mühərriklə əvəz edib.
Qeyd edək ki, ilk dəfə 1990-cı illərdə istehsal olunan və 2015-ci ildə heçbek kimi yenidən həyata qaytarılan "Baleno" modeli 2022-ci ildəki böyük nəsil dəyişikliyindən sonra növbəti dəfə təkmilləşdirilmiş oldu.


