Bank səhmdarlarından biri yeni şirkət təsis etdi
“Top Properties” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yenidən təşkil olunub.
Şirkətin yenidən təşkili tərkibindən ayrılma yolu ilə həyata keçirilib. Nəticədə “Novara Capital” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.
Xatırladaq ki, hazırda “Bank Avrasiya”nın nizamnamə kapitalının 49,50%-nə “Top Properties” MMC, 49,50%-nə “Azbizneskom” MMC, 1%-nə isə fiziki şəxs Eynullayev Rüstəm Tariverdi oğlu sahiblik edir.
“Top Properties” MMC-nin nizamnamə kapitalı 147 244 352.5 manatdır və qanuni təmsilçisi Vasif Məcnunovdur.


