2 manatlıq şirkət milyonluq müqavilə imzaladı

2 manatlıq şirkət milyonluq müqavilə imzaladı

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası tibbi sərf mallarının alınması ilə bağlı “PAŞA-K” firması ilə müqavilə bağlanıb.

Plat.az xəbər verir ki, qurum şirkətə 1 milyon 220 min  611 manat ödəniş edəcək.

Qeyd edək ki, “PAŞA-K” firmasının nizamnamə kapitalı 2 manat təşkil edir.  Şirkət 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Firmanın qanuni təmsilçisi isə  Elxan Rzayev Abduləli oğludur.