Mədəniyyət Nazirliyi müəllimlərin işə qəbulu üzrə seçim nəticələrini açıqlayıb
İncəsənət məktəb və mərkəzlərinə müəllimlərin qəbulu üzrə vakant yer seçiminin nəticələri elan edilib. Test və müsahibə mərhələlərinin yekununda 199 namizəd uğur qazanıb.
Mədəniyyət Nazirliyinin tabeliyindəki incəsənət məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri elan edilib. Bu barədə BusinessTime Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.
Müsabiqənin test və müsahibə mərhələlərini Dövlət İmtahan Mərkəzi keçirib. Hər iki mərhələnin yekununa əsasən, 199 namizəd uğurlu nəticə əldə edib.
Namizədlər vakant yer seçiminin nəticələri ilə “MyCulture” vahid şəxsi kabinetində tanış ola bilərlər.
Nazirliyin məlumatına görə, müsabiqə incəsənət təhsili sahəsində kadr potensialını gücləndirmək və vakant vəzifələrə ixtisaslı müəllimləri cəlb etmək məqsədilə keçirilib.


