“PASHA Holding"in dəstəyi ilə media nümayəndələri Londona səfərə gedir

“PASHA Holding"in dəstəyi ilə media nümayəndələri Londona səfərə gedir

PASHA Holding Azərbaycanda peşəkar jurnalistikanın inkişafına, yerli jurnalistlərin bilik və bacarıqlarının genişləndirilməsinə, eləcə də onların beynəlxalq media ictimaiyyətinə daha fəal inteqrasiyasına yönəlmiş “PASHA Holding Media Development Program” adlı təşəbbüsünə start verib. PAŞA Holding-in 20 illik yubileyi çərçivəsində həyata keçirilən təşəbbüs iştirakçılara qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi və müasir jurnalistika alətləri ilə tanışlıq imkanları yaratmağı hədəfləyir.

Proqram bu il fəaliyyətlərinin 20 illiyini qeyd edən PASHA Insurance və PASHA Real Estate şirkətlərinin dəstəyi ilə həyata keçirilir.

Proqram iki mərhələdən ibarətdir. İlk mərhələ Bakıda beynəlxalq media eksperti və peşəkar təlimçi Den Meysonun (Dan Mason) rəhbərliyi ilə keçirilən 4-günlük intensiv təlimdən ibarətdir. Təlim zamanı seçilmiş jurnalistlər qabaqcıl beynəlxalq təcrübə, keyfiyyətli jurnalist materiallarının hazırlanmasına müasir yanaşmalar və dünyanın aparıcı redaksiyalarında istifadə olunan alətlərlə tanış olacaqlar.

Xüsusi diqqət yeni texnologiyaların, o cümlədən süni intellektin jurnalistlərin gündəlik fəaliyyətində praktiki tətbiqinə yönəldiləcək.

Proqramın ikinci mərhələsi iştirakçıların Londona səfərini və beynəlxalq media ictimaiyyətinin nümayəndələrini bir araya gətirən News Rewired konfransında iştirakını nəzərdə tutur.