“Azərenerji” 4 milyona məsləhət alacaq

“Azərenerji” 4 milyona məsləhət alacaq

“Azərenerji” ASC “Tovuz” Hidroqovşağı və SES layihəsi üzrə məsləhətçi şirkətin seçilməsi ilə əlaqədar hazırlıqlara başlayıb.

Bu barədə BusinessTime qurumdan məlumat əldə edib.

Belə ki, “Tovuz” Hidroqovşağı və Su Elektrik Stansiyası Layihəsinin, texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması üzrə beynəlxalq məsləhətçi şirkətin seçilməsi xidmətinin satınalınması nəzərdə tutulub.Sözügedən işlərin icrasına 4 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

İqtisadiyyat.az