Polestar Formula 2030: Şved brendinin yeni dizayn dili və konseptual modeli

Polestar Formula 2030:

Çinin "Geely" holdinqinə məxsus Şveçiyanın elektromobil istehsalçısı "Polestar" brendi "Formula 2030" adlanan yeni konseptual avtomobilinin tizerini təqdim edib. Bu ilin sonuna yaxın rəsmi olaraq tam təqdim ediləcək konsept-kar markanın yeni baş dizayneri Filipp Rəmersin rəhbərliyi altında işlənib hazırlanmış yenilənmiş korporativ üslubunu nümayiş etdirəcək.

Qeyd edək ki, Filipp Rəmers 2025-ci ildə Maksimilian Missonini əvəz edərək "Polestar"ın baş dizayneri vəzifəsinə keçib. Bundan əvvəl o, "Audi" şirkətində analoji layihələrə rəhbərlik edirdi.