Alabamada silahlı hücum nəticəsində 4 nəfər ölüb
Ötən gün yerli vaxtla saat 22:30-da ABŞ-nin Alabama ştatında vətəndaşlarfan birinin keçirdiyi doğum günü şənliyində silahlı atışma olub.
BusinessTime yerli mətbuata istinadən xəbər verir ki, Alabama polis təşkilatı insident nəticəsində 4 nəfərin həlak olduğunu yayıb.
Alabama meri Kay Iven də "twitter" hesabında etdiyi paylaşımda faktı təsdiq edib və hadisənin diqqətlə araşdırılacağını bildirib.
Hələlik insidentlə bağlı həbs edilənin olub-olmadığı rəsmən açıqlanmayıb.
@Yazar

