AZAL Bakı–Həştərxan reyslərini il yarımdan sonra bərpa edib

AZAL Bakı–Həştərxan reyslərini il yarımdan sonra bərpa edib

“Azərbaycan Hava Yolları” (AZAL) 1,5 illik fasilədən sonra Bakı–Həştərxan–Bakı marşrutu üzrə müntəzəm uçuşları bərpa edib.

BusinessTime Rusiya Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, reyslər sentyabrın 30-dan etibarən yenidən həyata keçirilir.

Nazirliyin məlumatına görə, ilk reyslə Bakıdan Həştərxana 83 sərnişin gedib, əks istiqamətdə isə 103 nəfər uçub.

Uçuşlar “Embraer E-190” təyyarələri ilə həftədə üç dəfə — çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək.

Bakıdan Həştərxana uçuş müddəti təxminən 1 saat 25 dəqiqə təşkil edir. (Banker)