BMW avtomobilləri bahalaşacaq, model çeşidi isə azalacaq

BMW avtomobilləri bahalaşacaq, model çeşidi isə azalacaq

BMW daha yüksək gəlirlilik əldə etmək üçün avtomobil model və komplektasiyalarının sayını azaltmağa və daha bahalı avtomobillərin satışına üstünlük verməyə hazırlaşır. Şirkətin yeni strategiyasının əsas məqsədlərindən biri istehsal və idarəetmə xərclərini azaltmaqdır.

BusinessTime xəbər verir ki, şirkətin planına əsasən, daha sadə model xətti formalaşdırılacaq və müştərilərə daha yüksək qiymətli avtomobillərin satışı artırılacaq. BMW bununla bazardakı dəyişikliklər fonunda mənfəət marjasını bərpa etməyə çalışır.

Şirkətin bu yanaşması avtomobil sənayesində istehsal xərclərinin və elektrikləşməyə keçidlə bağlı investisiyaların artdığı dövrə təsadüf edir.