Meqafon Azərbaycanla sərhəddə şəbəkəsini yeniləyib

Meqafon Azərbaycanla sərhəddə şəbəkəsini yeniləyib

Rusiyanın mobil rabitə operatoru "Meqafon" (MegaFon) Rusiya-Azərbaycan sərhədindəki “Yaraq-Kazmalyar” sərhəd-keçid məntəqəsində şəbəkəsini yeniləyərək mobil internetin sürətini 40 Mbit/s-ə çatdırıb.

Bu barədə cümə günü operatorun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, “Yaraq-Kazmalyar” sərhəd-keçid məntəqəsi Rusiya və Azərbaycan sərhədindəki yük-sərnişin keçidləri arasında ən sıx keçid məntəqəsidir və hazırda onun əməkdaşları, yük avtomobillərinin sürücüləri, eləcə də turistlər 40 Mbit/s sürətlə bütün onlayn xidmətlərdən istifadə edə bilirlər.

Həmçinin operatorun texniki mütəxəssisləri tərəfindən yaxınlıqdakı qəsəbələrində yeni baza stansiyaları quraşdırılıb, yüksəksürətli internetlə yanaşı, VoLTE səs xidməti artıq bu qəsəbələrdə istifadəçilərin ixtiyarına verilib. (Marja)