"Samsung" Azərbaycanın planşet bazarındakı payını XEYLİ İTİİRİB
Bu ilin sentyabr ayında Azərbaycanın planşet bazarında "Samsung"un payı 70,24 % təşkil edib.
BusinessTime-ın "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, avqust ayına nisbətən 3,08 faiz bəndi az, 2025-ci ilin sentyabr ayının göstərici ilə müqayisədə isə 28,65 faiz bəndi çoxdur.
Onun bazar payı ardıcıl olaraq ikinci aydır azalır (avqust-sentyabr aylarında azalma 10,2 % təşkil edib).
İkinci pillədə qərarlaşan "Apple"ın bazar payı aylıq 1,2 faiz bəndi, illik isə 17,94 faiz bəndi azalaraq 12,55 % təşkil edib.
Növbəti pillədə qərarlaşan "Xiaomi"nin bazar payı aylıq 0,49 faiz bəndi artaraq, illik isə 5,78 faiz bəndi azalaraq 5,85 % təşkil edib.
Dördüncü pillədəki "Huawei"in bazar payı aylıq 2,35 faiz bəndi, illik isə 2,38 faiz bəndi artaraq 3,94 % olub. (Report)


