Unicapital mövqeyini gücləndirməyə davam edir: həcmlərdə 3,2 dəfə artım

Unicapital mövqeyini gücləndirməyə davam edir:

“Unicapital İnvestisiya Şirkəti” ASC kapital bazarındakı mövqeyini gücləndirərək cəmi əməliyyatların həcmini 5,65 milyard manata çatdırıb.

Bakı Fond Birjasının (BFB) 2026-cı ilin yanvar-sentyabr ayları üzrə açıqladığı statistik göstəricilərə əsasən, ötən ilin eyni dövri ilə müqayisədə 3,2 dəfə artım müşahidə olunub. Yüksəlişin əsas hissəsi REPO əməliyyatlarının genişlənməsi hesabına formalaşıb.

Bu nəticə Unicapital-ın BFB üzvləri arasında əməliyyat həcminə görə ilk 3-lükdə yer almasını təmin edib.

Xatırladaq ki, Unicapital-ın nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsusdur. Şirkət 2007-ci ildən bəri fond bazarının peşəkar iştirakçısı, Bakı Fond Birjasının ilk və ən uzunmüddətli üzvüdür. Hazırda şirkətin müştəri sayı 1 000 000-u ötüb.