Antiinhisar “Aztelekom”un internet tariflərini artırmaq təklifini rədd edib
Azərbaycanda internet tariflərinin yenidən artırılması təşəbbüsünə razılıq verilməyib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Aztelekom”un minimum internet sürətinin və buna uyğun aylıq ödənişin artırılması barədə müraciətini rədd edib.
Bu barədə informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz açıqlama verib.
Xatırladaq ki, 15 avqust 2024-cü ildə minimum internet paketi 40 Mbit/s sürət və 18 manatlıq tarifdən 100 Mbit/s sürət və 25 manatlıq tarifə keçirilmişdi. Nəticədə minimum aylıq ödəniş təxminən 39 faiz artmışdı. (banker)


