Azərbaycanda geniş pul kütləsi artıb

Azərbaycanda geniş pul kütləsi artıb

2026-cı ilin avqustun 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 53,925 milyard manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) statistik bülleteni əsasında aparılan hesablamalara görə, M3 pul aqreqatı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 milyard manat və ya 13,1% artıb.

Hesabat tarixinə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi isə 43,842 milyard manat olub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,2 milyard manat və ya 19,6% çoxdur.

Tələbli depozitlər üzrə göstəricini əks etdirən M1 pul aqreqatı 33,632 milyard manat təşkil edib. Bu, illik müqayisədə 4,6 milyard manat və ya 15,9% artım deməkdir.

Eyni zamanda, 2026-cı ilin avqustun 1-nə banklardan kənarda olan nağd pul kütləsinin (M0 aqreqatı) həcmi 19,171 milyard manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 milyard manat və ya 15,1% artıb.

AMB-nin statistik bülletenində pul bazarının əsas parametrləri üzrə göstəricilər də təqdim olunub. Belə ki, 2026-cı ilin 1 avqust tarixinə M3 aqreqatı 53 925,5 milyon manat, 2025-ci ilin eyni tarixinə isə 47 680,3 milyon manat olub.

M2 aqreqatı üzrə göstəricilər müvafiq olaraq 43 841,8 milyon manat və 36 662,6 milyon manat, M1 aqreqatı üzrə 33 641,7 milyon manat və 29 021,0 milyon manat, M0 aqreqatı üzrə isə 19 170,8 milyon manat və 16 657,3 milyon manat təşkil edib.