Ölkədən 40,9 milyon dollar dəyərində alma ixrac edilib

Ölkədən 40,9 milyon dollar dəyərində alma ixrac edilib

Bu ilin yanvar-iyul aylarında ölkədən 40,9 milyon ABŞ dolları dəyərində 50,1 min tondan çox alma ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 7 faiz artıb, həcmi isə 7,9 faiz azalıb.

Cari ilin ilk yeddi ayında almanın ümumi ixracda xüsusi çəkisi 0,21 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,69 faizə bərabər olub.