“PAŞA Sığorta” bir ayda müştərilərin 15 milyon manatdan çox zərərini ödəyib
"PAŞA Sığorta" iyul ayı ərzində müştərilərinə 15.065.086 ₼ məbləğində sığorta ödənişi həyata keçirib. Şirkət ay ərzində
• avtonəqliyyat hadisələri üzrə 9.035.446 ₼,
• əmlak hadisələri üzrə 304.392 ₼,
• könüllü tibbi sığorta halları üzrə 5.711.263 ₼,
• səyahət sığortası hadisələri üzrə 13.985 ₼ ödəniş edib.
Bu rəqəmlər göstərir ki, “PAŞA Sığorta” gözlənilməz hadisələr zamanı daim müştərilərin yanındadır. Şirkət müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və müştərilərinə təminatlarını ödəməyə sadiqdir.


