"Google Cloud"dan Maliyyə dünyası üçün XÜSUSİ SÜNİ İNTELLEKT
"Google Cloud" şirkəti maliyyə sektoru üçün nəzərdə tutulan "Gemini Enterprise for Financial Services" adlı yeni süni intellekt platformasını təqdim edib.
Platformaya 50-dən çox əsas bacarığa malik xüsusi maliyyə tədqiqatı agenti daxildir. İlkin mərhələdə kapital bazarları və korporativ bankçılıq sahələri üçün istifadəyə verilən bu sistemdən artıq "Deutsche Bank" və "CME Group" kimi qlobal şirkətlər yararlanır.
Lisenziyalı məlumat mənbələri ilə təhlükəsiz inteqrasiya təklif edən bu alət kredit riskinin qiymətləndirilməsi, portfelin monitorinqi və dərin maliyyə araşdırmaları kimi mürəkkəb əməliyyatları sadələşdirir. Yeni platforma maliyyə institutlarına əl ilə aparılan tədqiqatların həcmini əhəmiyyətli dərəcədə azaltmağa və əməkdaşların müştərilərə daha çox vaxt ayırmasına imkan verəcək.


