“Qala Həyat”ın yığımları AZALDI

“Qala Həyat”ın yığımları

Bu ilin yanvar-iyul ayları üzrə "Qala Həyat” sığorta şirkətinin topladığı sığorta haqqlarının dəyəri 15 milyon 710 min manat təşkil edib.

Bu ötən ilin eyni dövrü ilə müqayisədə 579 min manat və ya 3,6% azdır.

Belə ki, 2026-ci ilin hesabat dövründə şirkətin sığorta ödənişlərinin dəyəri 3 milyon 152 min manat olub. Bu da illik müqayisədə 1 milyon 142 min manat və ya 56,8% çoxdur.

Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 15 sığorta şirkətinin xətti 1 milyard 6 milyon 405 min manat sığorta haqqı toplanılıb.

Göstərici bir il ərzində 8% artıb.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 668 milyon 258 min manat olub. Bu isə illik müqayisədə 26,99% çoxdur.