Evinizi hansı risklərdən sığortalaya bilərsiniz? – Yeni imkanlar
PAŞA Sığorta ASC tərəfindən təqdim olunan “Yuvam Sığorta” məhsulu ev və əmlakın müxtəlif risklərdən qorunmasını nəzərdə tutur.
Məhsul üzrə 200 000 ₼-dək sığorta təminatı təqdim olunur və sığortadan onlayn qaydada, cəmi bir neçə kliklə yararlanmaq mümkündür.
Şirkətin məlumatına görə, sığorta haqqını abunə əsasında illik və ya aylıq ödəmək mümkündür. Sığortaya qoşulmaq üçün heç bir yerə getməyə ehtiyac yoxdur və bütün proses onlayn həyata keçirilir. Bunun üçün yalnız evin ünvanını və şəxsiyyət vəsiqəsi məlumatlarını daxil etmək kifayətdir. Evin baxışının keçirilməsi tələb olunmur.
“Yuvam” sığortası təbii fəlakət, yanğın, kənar şəxsə dəyən zərər, oğurluq, təsadüfi zərərlər, qaz partlayışı, yararsız hala düşmə, subasma və kənar şəxsin vurduğu zərər kimi halları əhatə edir.
Belə ki, zəlzələ, tufan, leysan və torpaq sürüşməsi zamanı yaranan zərərlər sığorta təminatına daxil edilir. Yanğın baş verdikdə təmir xərclərinin qarşılanması, evdən qonşuya zərər dəydikdə isə müvafiq zərərin ödənilməsi nəzərdə tutulur.
Oğurluq halında əşyaların dəymiş zərərinin, sığortalının nəzarətindən kənar səbəblərdən evə dəyən təsadüfi zərərlərin və qaz partlayışı nəticəsində yaranan xərclərin də qarşılanması təklif olunur.
Evin yararsız hala düşməsi və orada yaşamağın mümkün olmaması halında isə evin və kirayə qalma xərclərinin ödənilməsi nəzərdə tutulur. Subasma zamanı evin bərpasına dəstək göstərilir. Kənar şəxsin evə vurduğu zərər də sığorta təminatına daxildir.
“Yuvam” sığortasının paketləri
“Yuvam” üzrə müştərilərə müxtəlif sığorta paketləri təqdim olunur.
“Üzərlik” paketinin aylıq qiyməti 4 ₼ təşkil edir. Bu paket üzrə ev üçün 16 000 AZN, əşyalar üçün 0 AZN, məsuliyyət riskləri üçün isə 4 000 AZN sığorta təminatı nəzərdə tutulur.
“Gözmuncuğu” paketinin aylıq qiyməti 8 ₼-dan başlayır. Paket üzrə ev üçün 20 000 AZN, əşyalar üçün 2 500 AZN, məsuliyyət riskləri üçün isə 2 500 AZN sığorta təminatı təqdim edilir.
Ən çox seçilən “Nal” paketinin aylıq qiyməti 19 ₼-dan başlayır. Bu paket üzrə ev üçün 40 000 AZN, əşyalar üçün 5 000 AZN, məsuliyyət riskləri üçün isə 5 000 AZN sığorta təminatı müəyyən edilib.
Hər üç paket üzrə təbii fəlakət, kənar şəxsə dəyən zərər, subasma, yanğın, qaz partlayışı, kənar şəxsin vurduğu zərər, oğurluq, yararsız hala düşmə və təsadüfi zərərlər sığorta təminatına daxildir.
Sığorta prosesi də onlayn həyata keçirilir. Bunun üçün əvvəlcə ev seçilir, daha sonra hadisənin təfərrüatları bildirilir, evdə baş verənlər barədə məlumat təqdim olunur və sığorta hadisəsi baş verdikdə müraciət şəxsi kabinet vasitəsilə onlayn şəkildə həyata keçirilir.
Beləliklə, “Yuvam Sığorta” ev, əşyalar və məsuliyyət risklərinin müxtəlif paketlər üzrə sığortalanmasına, sığorta haqqının isə aylıq əsasda ödənilməsinə imkan yaradır.


