Cəbrayıla növbəti köç karvanı yola salınıb

Cəbrayıla növbəti köç karvanı yola salınıb

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərinə növbəti köç karvanı yola salınıb.

Bu mərhələdə sözügedən kəndlərə ümumilikdə 18 ailə, 98 nəfər köçürülür.

Belə ki, Şükürbəyli kəndinə 15 ailə olmaqla 86 nəfər, Horovlu kəndinə isə 3 ailə olmaqla 12 nəfər yola salınıb.