Qara dənizdə gərginlik Baltik buğdasına marağı artırıb
Qara dəniz bölgəsində taxıl daşımalarında yaranan fasilələr alıcıların alternativ bazarlara yönəlməsinə səbəb olub. Bu vəziyyət Baltik regionundan buğdaya tələbatın artmasına gətirib çıxarıb.
Rusiya və Ukrayna arasında davam edən gərginlik Qara dəniz üzərindən taxıl daşımalarına təsir göstərir. Nəticədə bəzi ölkələr ərzaq təhlükəsizliyini təmin etmək və tədarük mənbələrini şaxələndirmək üçün alternativ istiqamətlər axtarırlar.
Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Sudan Baltik buğdasına maraq göstərən ölkələr sırasındadır.


